Azərbaycan klubu yeni "İnzaqi" tapıb - VİDEO

22 Fevral 2024 17:40 Qarabağ 4 697
Azərbaycan klubu yeni "İnzaqi" tapıb - VİDEO

"Juninyo "Braqa"ya İnzaqisayağı qol vurdu".

Futbol eksperti Emin Abbasov ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın braziliyalı hücumçusu haqda danışıb.

O, Portuqaliyada keçirilən Avroliqa matçında (4:2) qol vuran Juninyonu italiyalı keçmiş ulduza bənzədib.

Bildirib ki, "sambaçı" Avropa Liqasının qrup mərhələsində "Hakken" və "Molde" ilə səfər oyunlarında kameralara az tuş gəlsə də, fərqlənməyi bacarıb.

Cənubi amerikalı forvardın cərimə meydançası daxilində düzgün mövqe seçə bilməsinə diqqət çəkən ekspert qeyd edib ki, o, İnzaqinin üslubunda bir ön xətt oyunçusudur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi