COP29

“Bir onu deyə bilərəm ki...” – “Qarabağ”ın kapitanı

29 Noyabr 2023 20:20 Qarabağ 411
“Bir onu deyə bilərəm ki...” – “Qarabağ”ın kapitanı

“Qarabağ” Avropa Liqasında növbəti görüşünə hazırlaşır.

“Köhlən atlar” noyabrın 30-da səfərdə “Mölde” ilə ölüm-qalım mübarizəsi aparacaq.

Qrup ikincisi kimi növbəti mərhələyə adlamağı hədəfləyən təmsilçimiz meydanı azı 1 xalla tərk etməlidir. Qələbə hədəfə çatdıracaqsa, məğlubiyyət məsələnin həllini növbəti tura saxlayacaq.

Komandanın kapitanı Maksim Medvedev Sportinfo.az-açıqlamasında oyunla bağlı fikirlərini dilə gətirib:

“Komandamızın potensialı var. Hazırda Avropanın ən güclü komandalarından biri olan “Bayer”lə Bakıdakı qarşılaşmada necə oynadığımızı hamı gördü.

“Bayer”ə qarşı oynadığımız kimi oynayıb, baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, hər şey bizim istədiyimiz kimi olacaq.

Bir onu deyə bilərəm ki, hər iki komanda üçün çətin, azarkeşlər üçün maraqlı matç olacaq”.

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə “Aker” stadionunda baş tutacaq “Mölde” – “Qarabağ” dueli Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək.

4 turdan sonra “Bayer” 12 xalla H qrupuna başçılıq edir. “Qarabağ”la “Mölde”nin hərəyə 6 xalı var. “Hekken” isə 4 oyunda xal üzünə həsrət qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"