"Qarabağ"ın onu icarəyə verməsini istəyir - AVRO-2024-ə getmək üçün

20 Noyabr 2023 16:00 Qarabağ 7 803
"Qarabağ"ın onu icarəyə verməsini istəyir -  AVRO-2024-ə getmək üçün

"Qarabağ"ın hücumçusu Redon Cica yeni komanda axtarışına çıxıb.

2023-cü il yanvarın 24-də Ağdam klubu ilə müqavilə imzalayan albaniyalı qış fasiləsində icarəyə verilməsini istəyir.

Son vaxtlar əsas heyətə düşməyən legioner Türkiyə, Polşa və Yunanıstandan gələn təklifləri gözdən keçirir.

Zamanında "Laçi" və "Tirana"nın formasını geyinmiş gənc forvardun arzusu yenidən ölkəsinin əsas millisinə dəvət almaq və AVRO-2024-ün final mərhələsində iştirak etməkdir.

Cica əmindir ki, belə davam eləsə, yığmanın məşqçi korpusu ona şans verməyəcək.

Onun "Qarabağ"la kontraktı 2026-cı ildə, iyunun 30-da bitəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da