“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, akademiyanın meneceri Nail Kərimovun sözlərinə görə, klubun üç yaş qrupu üzrə komandası Avropa arenasında mübarizə aparacaq.
“Əvvəlcə U-13 komandası iyunun 5-dən 8-dək İtaliyada keçiriləcək turnirdə iştirak edəcək. Daha sonra həmin komanda iyunun 13-dən 18-dək Bolqarıstanda təşkil olunacaq turnirdə çıxış edəcək.
İyunun 18-dən 22-dək isə U-11 komandası Polşada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq”, - deyə Nail Kərimov AZƏRTAC-a bildirib.

