Bəhram Bağırzadə "Qarabağ"dan danışdı, MARAQLI BƏNZƏTMƏ etdi

12 Aprel 11:55 Qarabağ 2 135
Bəhram Bağırzadə "Qarabağ"dan danışdı, MARAQLI BƏNZƏTMƏ etdi

«Hər uğurlu işin arxasında nizam-intizam dayanır».

Bu sözlər Əməkdar artist Bəhram Bağırzadəyə məxsusdur.

Tanınmış sənət adamı «Qarabağ»ın Avropa Liqasının 1/8 final mərhələsində «Bayer»ə uduzmasından danışıb. Bildirib ki, biz başqa sahələrdə Almaniya səviyyəsinə çatanda, futbolda da onlara üstün gələ bilərik:

«Qarabağ» hər iki oyunun gedişində 2:0 hesabıyla önə çıxmışdı. Amma sonda uduzdular.

Çünki 60-70-ci dəqiqələrdən sonra oyun intizamı pozuldu. Bu, o demək deyil ki, «Qarabağ» intizamsız komandadır.

Qətiyyən belə şey yoxdur. Qurban Qurbanov çox yaxşı məşqçi və insandır, güclü komanda yaradıb.

Sadəcə, almanlarla aramızda fərqlər var. Onlar bizdən daha çox işləyir, daha çox məşq edir.

Bilirsiz, biz nə vaxt digər sahələrdə o səviyyədə, o keyfiyyətdə iş görə bilsək, onda futbolda da almanlara qalib gələ bilərik.

Bunlar bir-birinə bağlı məsələlərdir. «Bayer» hesabda geri düşməsinə rəğmən, hər iki halda dönüş etdi və növbəti mərhələyə vəsiqə qazandı.

Bunu sonadək intizama sadiq qalmağın sayəsində bacardılar. Motivasiya lazımdır, bəli.

Amma sən motivasiya ilə yalnız iki-üç dəfə nəsə əldə edə bilərsən. Hər sahədə uğurun davamlı olması üçün intizam mütləqdir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti