sss.jpg)
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Molde"yə Bakıda qalib gəldikləri matç (1:0) haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis "CBC Sport"a açıqlamasında qələbəni Azərbaycan xalqına, Azərbaycan Ordusuna həsr etdiklərini vurğulayıb:
"Nəticə öz yerində, həqiqətən də möhtəşəm oyun oldu. Meydanda çox intizamlı bir komanda, bir-birini tamamlayan futbolçular var idi.
Bu məni çox sevindirdi. Həm nəticə, həm də oyuna görə futbolçularımı təbrik edirəm.
Qələbəni bütün xalqımıza, Ordumuza, əsgərlərimizə həsr edirik. Sanki onların gücü bizimlə idi.
Matçdan əvvəl də futbolçularla danışmışdıq. Deyirdik ki, həddindən artıq aqressiv olmamalıyıq, bu, bizə problem yarada bilər.
Futbolçular sonadək intizamlı oldular və layiqli qələbə qazandılar".