
"Qarabağ" Avropa kuboklarında təsnifat mərhələsinin oyunlarının məkanında dəyişiklik edə bilər.
Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda klub rəsmiləri təsnifat mərhələsinin iki ev oyununu Bakı Olimpiya Stadionunda (BOS) keçirməklə bağlı danışıqlar aparır.
Danışıqların yekunundan asılı olaraq, Ağdam təmsilçisi rəqiblərini BOS-da qəbul edə bilər. Lakin BOS yekun variant deyil.
Klubun BOS-la yanaşı başqa alternativ variantları da var. Bunlar "Azersun Arena" və "Daığa Arena"dır. Artıq "Azərsun Arena" UEFA-ya sifariş olunub və ev oyunları üçün təsdiqlənib.
Daha öncə "Qarabağ" elan edib ki, avrokuboklarda ilk iki təsnifat mərhələsinin ev oyununu "Azersun Arena"da keçirəcək.
Buna Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyündə aparılan təmir işləri səbəb olub. Bu arena matçları yalnız avqustda qəbul edə biləcək.
"Qarabağ" son olaraq 2021-ci ildə avrokubok matçını ("Bazel"lə oyunu) BOS-da keçirib
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində ilk ev matçını iyulda keçirəcək. Birinci mərhələnin nəticəsindən asılı olaraq, komanda mübarizəni ya Çempionlar Liqasının ikinci, ya da Konfrans Liqasının üçüncü mərhələsində davam etdirəcək.