Adını "Qarabağ"ın tarixinə yazdı, 34 yaşında bu qərarı verdi

2 İyun 09:00 Qarabağ 3 072
Adını "Qarabağ"ın tarixinə yazdı, 34 yaşında bu qərarı verdi

"Qarabağ"ın sabiq legioneri Muarem Muarem aktiv futbolçu karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı futbolçu bu qərarı "Qostivar"ı yüksək liqaya çıxardıqdan sonra verib.

Ötən mövsüm adıçəkilən komandada kapitanlıq sarğısı daşımış və komandanın elitaya vəsiqə qazanmasında önəmli rol oynamış Muarem 34 yaşında futbolçu karyerasını yekunlaşdırıb.

O, Şimali Makedoniya klubunda köməkçi məşqçi vəzifəsində çalışacaq.

"Rabotniçki", "Teteks", "Orduspor", "Aktobe", "Eskişehirspor", "Flamurtari" klublarında oynamış Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Muarem "Qarabağ" tarixinin önəmli qollarından birinin müəllifidir.

Belə ki, o, Ağdam klubunun 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizədə "Tvente"yə qarşı keçirilmiş pley-off mərhələnin cavab görüşündə bərabərlik qolunu vurmuşdu.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ", səfərdəki 1:1 hesabına görə ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu