"Qarabağ"ın legionerinə 3 ölkənin klubundan maraq var - Qurbanov da qalmasını istəmir

1 Aprel 2023 23:40 Qarabağ 13 423
"Qarabağ"ın legionerinə 3 ölkənin klubundan maraq var - Qurbanov da qalmasını istəmir

«Qarabağ»ın qapıçısı Luka Quqeşaşvili, böyük ehtimalla, yayda Azərbaycanı tərk edəcək.

Ağdam klubu gürcüstanlı qapıçısını icarəyə vermək niyyətindədir.

Şahruddin Məhəmmədəliyevin zədəsini sağaltmasını və Amin Ramazanovun perspektivini nəzərə alan «köhlən atlar» onunla bağlı gələn təklifləri nəzərdən keçirir.

Ötən ilin əvvəlində «Yagelloniya»dan 6 aylıq icarəyə götürülən, yayda isə Polşa klubundan birdəfəlik transfer olunan Lukanın anlaşma müddəti 3 ildir.

Qurban Qurbanova düşərgəyə daha bir əcnəbi qapıçı cəlb etmək fikrində qərarlı olduğundan, istənilən halda gürcünün «əldən çıxarılmasına» tərəfdardır.

Quqeşaşvili ilə Türkiyə, Xorvatiya və İrandiya klublarının maraqlanmasını bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız