"İki il öncə Qurban Qurbanovu bu kluba gətirmək istəyirdim"

26 Mart 2023 03:00 Qarabağ 5 046
"İki il öncə Qurban Qurbanovu bu kluba gətirmək istəyirdim"

"Bəli, iki mövsüm əvvəl Qurban Qurbanov "Hatayspor"a gələ bilərdi.

Mən də onda bu klubda işləyirdim. İdman direktoru olaraq mən onu gətirmək istəmişdim.

Təbii ki, gəlsəydi, burada uğurlu olardı. Qurban Qurbanovu çox yaxından izləyirəm.

Onu çox yaxşı tanıyıram. Dünyanın harasına getsə, uğurlu ola bilər. Çünki çox çalışqandır, futbolu çox yaxşı bilir, çox yaxşı baş məşqçidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Fatih Kavlak deyib. Vaxtilə "Qəbələ"də çalışmış türkiyəli mütəxəssis son olaraq Türkiyə Superliqasının təmsilçisi “Girəsunspor”da idman direktoru vəsifəsində işləyib.

Kavlak "Hatayspor"da çalışdığı dönəmdə Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyindən söz açıb. O, Qurbanovun “Qarabağ”da gördüyü işlərin önəmliyindən danışıb:

"Qurban Qurbanovun avrokuboklarda "Qarabağ"la etdiklərini hamı görür, siz məndən daha yaxşı bilirsiz.

Mən də yaxından izləyirəm onu. Çox böyük işlərdir, asan deyil. Onun "Qarabağ"da göstərdiyi böyük stabillik nümunəsidir.

O, Türkiyə və ya başqa ölkəyə də gedib rahatlıqla çalışıb, uğur qazana bilər. Sadəcə futbolda hər zaman stabilliyin önəmli olmasından danışırıq.

Qurban Qurbanov "Qarabağ"da bunu reallaşdırdı. Klub rəhbərliyi və baş məşqçi bir-birinə dəstək oldu.

Nəticədə böyük uğurlar qazandılar və qazanmğa da davam edirlər. Sadəcə, möhtəşəmdir. "Qarabağ"ı izləmək həm qüruruverici, həm sevindiricidir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!