COP29

"Qarabağ" - "Qalatasaray": Bu məsələ də belə həll olundu

24 Mart 2023 00:50 Qarabağ 451
"Qarabağ" - "Qalatasaray": Bu məsələ də belə həll olundu

"Oyun Ramazan ayına təsadüf etdiyi üçün bu məqamlara diqqət yetirməyə çalışmışıq.

Stadiona plastik qablarda sular qoyulacaq.

Bu sarıdan azarkeşlər narahat olmasınlar. Lakin oyuna çantalar buraxılmayacaq.

Xahiş edirik ki, görüşə bel çantaları ilə gəlməsinlər. Söhbət kiçik əl çantalarından yox, böyük çantalardan gedir".

Sportinfo.az qol.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

O, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçına gələcək azarkeşlərin rahatlığı üçün əllərindən gələn bütün şəraiti yaracaqlarını deyib:

"Bundan başqa, Bakı Nəqliyyat Agentliyinə müraciət etmişdik. Təşəkkür edirik ki, müsbət cavablandırdılar.

Oyun günü əlavə marşrut xəttləri açılacaq. Şəhərin müxtəlif istiqamətlərinə marşrut xəttləri fəaliyyət göstərəcək.

Həmçinin taksi şirkətlərindən birinə müraciət etmişik. İctimai dayanacaqlarda çoxlu taksilər olacaq.

Bakı Metropoliteninə etdiyimiz müraciətlərə də müsbət cavab verilib. Yəni, metro gücləndirilmiş iş rejimində işləyəcək.

Ümumiyyətlə, azarkeşlərimizin rahatlıqla evə getməsi üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizdən xahişimiz budur ki, bu məsələyə görə anlayış göstərsinlər.

Sıxlıq yaranmasın deyə stadionun sektorları mərhələli şəkildə boşaldılacaq. Öncədən anlayış üçün təşəkkür edirik".

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti