“Qurban Qurbanov gələn gün dedi ki, mən sənə…”

8 Fevral 2023 19:20 Qarabağ 2 732
“Qurban Qurbanov gələn gün dedi ki, mən sənə…”

“Baş məşqçi ilk gündə mənə dedi ki, sənə inanırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica deyib.

“Tirana”dan transfer edilən albaniyalı hücumçu Qurban Qurbanovun ondan çox şey gözlədiyini söyləyib:

“Məni izlədiklərini, bacarıqlarımı bəyəndiklərini bildirdi. “Şamaxı” ilə matçda iştirak etdiyim üçün də təbrik etdi”.

Cica hədəfinin uzun müddət “Qarabağ”ın formasını geyinmiş həmyerlisi Ansi Aqolli kimi klubun tarixinə düşmək olduğunu deyib:

“Ansi Aqolli burada əfsanə idi. Təkcə futbolçu kimi yox, ümumiyyətlə, onu çox sevirdilər. Ümid edirəm ki, bir gün məni də Aqolli kimi sevəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti