Almaniyadan əməlli-başlı darmadağın - DÇ-2026-dan VİDEO

Almaniyadan əməlli-başlı darmadağın - DÇ-2026-dan VİDEO

Dünya çempionatında Almaniya Kurasaoya böyük hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Haverts (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar.

Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.

Bu qrupun digər oyunu bu gecə saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.

Almaniya – Kürasao 7:1

Qol: Feliks Nmeça, 6 (1:0), Livano Komenensiya, 22 (1:1), Niko Şlotterbek, 38 (2:1), Kay Havertz, 45+4-pen. (3:1), Camal Musiala, 47 (4:1), Nataniel Braun, 68 (5:1), Deniz Undav, 78 (6:1), Kay Havertz, 88 (7:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!