"Qarabağ" - Fevralın 10-dan satışda olacaq

8 Fevral 00:30 Qarabağ 401
"Qarabağ" - Fevralın 10-dan satışda olacaq

Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Gent” (Belçika) oyununa biletlər satışa çıxarılır.

Sportinfo.az xəbər verir ki, biletlər fevralın 10-dan satışda olacaq.

Azarkeşlər biletləri iticket.az saytından, Tofiq Bəhramov adına Respublika stadionun kassalardan, həmçinin, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən əldə edə bilərlər.

Biletlərin qiyməti müvafiq olaraq 5-100 manat aralığında olacaq.

Fevralın 16-da keçiriləcək "Qarabağ" - "Gent" görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ