“Qarabağ“ın kapitanı bu adı eşidib, görün, nələr dedi: “Bir onu bilirəm ki...”

5 Fevral 2023 16:40 Qarabağ 1 738
“Qarabağ“ın kapitanı bu adı eşidib, görün, nələr dedi: “Bir onu bilirəm ki...”

“Azarkeşi marağı baxımdan Gəncədə vəziyyət superdir, əladır.

Amma stadionun şəraitinin yaxşılaşdırılmasına mütləq ehtiyac var”.

Bu sözləri “Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev komandasının “Kəpəz”lə baş tutan oyunundan sonra Sportinfo.az-a danışarkən deyib.

Avrokubok oyunları zamanı xarici ölkələrə səfərlər edəndə ən müasir standartlara cavab verən arenalarda oynayan “Qarabağ”lıların Gəncədə gördüklərinə təəccüblənməsi normaldır.

Kapitanı ən çox narahat edən meydanın durumudur:

“Qazonun durumu ürəkaçan deyil. Bu cür meydanda futbolçuların zədə almaq riski böyükdür. Bu gün də yəqin gördüz ki, təcrübəli futbolçularımız təkbətək epizodlarda ehtiyatlı davranırdılar. Çünki heç kim zədələnmək istəmir.

Örtüyün belə vəziyyətdə olması oyunun gedişinə də təsir etdi. Həm topun sürəti azalırdı, həm də ötürmələr istədiyimiz kimi getmirdi.

Bildiyiniz kimi, biz qısa və sürətli ötürmələrlə hücum qurmağa öyrəşmişik. Yekunda 1 xal qazandıq. Bir onu bilirəm ki, Gəncəyə gələn komandalar əziyyət çəkəcək”.

Təcrübəli futbolçu qələbə qazana bilməmələrinin səbəbini ikinci yarıda ələ düşən imkanlardan istifadə edə bilməməklə və tələskənliklə əlaqələndirib.

Premyer Liqanın 21-ci turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"