FİFA transfer qadağası qoydu, "Qarabağ" bu legioneri ala bilmədi

3 Fevral 2023 14:40 Qarabağ 3 904
FİFA transfer qadağası qoydu, "Qarabağ" bu legioneri ala bilmədi

«Qarabağ»ın növbəti transfer həmləsi «daşa dəyib».

«Tondela» Telmu Arkanjunu Azərbaycan çempionuna satmaqdan imtina edib.

«Köhlən atlılar» Kapo-Verde yığmasının yarımmüdafiəçisinə 4 illik müqavilə təklif edib. Afrikalı legioner şəxsi kontrakt şərtlərinə «ok» verib, lakin onun məxsus olduğu Portuqaliya klubu anlaşmanın rəsmiləşməsinə «yox» deyib.

Səbəb «Qarabağ»ın irəli sürdüyü şərtlər deyil. Problem ondadır ki, FİFA «Tondela»ya transfer qadağası qoyub.

Dünya futbol qurumu keçmiş futbolçularına olan borcunu ödəmədiyi üçün Portuqaliya klubuna belə bir yasaq gətirib. Odur ki, «Tondela» daha bir aparıcı oyunçusunun düşərgədən ayrılmasına müsbət yanaşmayıb.

«Belenseneş»in yetirməsi 2019-cu ildən «Tondela»nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu