Şeydayevin “Neftçi”ylə oyundan əvvəl etdiyi paylaşım ona uğur gətirdi - FOTO

4 Dekabr 2022 21:20 Qarabağ 987
Şeydayevin “Neftçi”ylə oyundan əvvəl etdiyi paylaşım ona uğur gətirdi - FOTO

“Neftçi” – “Qarabağ” qarşılaşmasına Ramil Şeydayev damğa vurdu.

Komandasının əzəli rəqibi üzərindəki 4:0 hesablı qələbədə yığmamızın aparıcı üzlərindən olan 26 yaşlı futbolçu 1 qol və 2 qol ötürməsi ilə imzasını yazdırdı.

Ramil sanki cümə gününün onun üçün düşərli olacağını əvvəldən hiss edibmiş

O, “Neftçi”ylə oyundan bir neçə saat əvvəl “instagram” hesabında rus dilində etdiyi paylaşımda həftənin beşinci gününü xeyirli adlandırıb və onu bununla əlaqələndirib:

“Cümə gününün ən xeyirli əməli peyğəmbərə salavat və Allaha salamdır.

Çünki cümə, günlərin ən xeyirlisi və peyğəmbərlərin ən sevimlisidir”.

Ramil Şeydayev cari Premyer Liqa mövsümündə meydana çıxdığı 16 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"