Seneqallı müdafiəçi də "Qarabağ"la oyunu buraxacaq

30 Sentyabr 2022 13:40 Qarabağ 551
Seneqallı müdafiəçi də "Qarabağ"la oyunu buraxacaq

Yunanıstan "Olimpiakos"unun daha bir futbolçusu Afinada "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bud əzələsindəki zədədən əziyyət çəkən Usseynu Ba ötən gün tibbi müayinədən keçib.

Həkimlər 27 yaşlı seneqallı arxa xətt oyunçusuna ən azı 10 gün istirahət etməyi tapşırıb.

Bununla da Pirey təmsilçisinin heyətində zədəli futbolçuların sayı 3-ə çatıb. Daha əvvəl digər müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!