“Qarabağ”a uduzmağımızın səbəbi bununla bağlı deyildi"

26 Sentyabr 2022 02:20 Qarabağ 767
“Qarabağ”a uduzmağımızın səbəbi bununla bağlı deyildi"

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Rusiya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, “Sport-Ekspress”ə danışan rusiyalı mütəxəssis ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ”la (1:1, 1:3) oynadıqları matçı da xatırlayıb:

- Avropa Liqasının qrup mərhələsinə də düşmək lazımdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün 8 oyun oynamalısan. Səkkiz! Bir səhv, bir uğursuz gün, səhv ötürmə, doğru olmayan hakim fiti, hər şeyin sonu deməkdi. "Qarabağ"la evdəki oyunda da bu cür oldu. Matçın əvvəlində demək olar ki, özümüzə qol vurduq. Qapımız istiqamətinə qaçan "Qarabağ"ın forvardına ötürmə verdik. Səfərdə Azərbaycan komandasına qarşı yaxşı, keyfiyyətli futbol oynamışdıq, matç da 1:1 başa çatmışdı. Evdə də matç belə başladı, ancaq biz vəziyyəti dəyişə bilmədik. Yeri gəlmişkən, “Qarabağ” ÇL-in son təsnifat mərhələsində “Viktoriya”dan daha yaxşı görünürdü, daha yaxşı idi. Bizimlə matçda “Qarabağ”ın qapıçısı bütün zərbələrin qarşısını almışdısa, Plzendə başqa cür oldu. “Qarabağ” “Viktoriya”dan güclü olsa da, Çempionlar Liqasının qrupun düşə bilmədi. Çünki siz burada ölkələrinin çempionlarına qarşı 8 oyun keçirirsiz. Həm də ənənələri və səviyyəsi olan komandalar.

- "Qarabağ"la matçdan sonra macar jurnalistlərin təzyiqi oldu ? "Ferentsvaroş"un prezidentindən xoşagəlməz sözlər eşitdiniz?
- Klub prezidenti ilə bu mövzuda ümumiyyətlə danışmamışıq. Mətbuatdan da heç bir hücum olmadı. Ancaq eyni zamanda, əla başa düşürəm ki, suallar var. İlk növbədə elə özümüzün-özümüzə. İlk oyunda, səfərdə biz necə lazımdırsa, elə də oynadıq. İkinci matç isə belə alındı. Axmaq səhvlə başladıq və oyunun gedişatını dəyişə bilmədik.

- “Qarabağ”la cavab oyunundan əvvəl Macarıstan çempionatındakı matçınız təxirə salındı. Bunu siz istədiniz, yoxsa liqa?
-
Belə imkan olanda biz özümüz təxirə salmağı xahiş edirik. Reqlamentdə də belə bir şey var. Eyni qaydalara uyğun olaraq heç kimdən soruşmadan da bunu edə bilirik. Sadəcə belə alındı.

- Bir həftəlik tsikl oldu və buna görə də komandanız uduzdu?
- Təxirə salmalar lazımdı. Çünki bəzən nəfəs almaq da lazımdır. Hətta bəzən nəyisə dəyişmək çəkmək üçün deyil, əlinizdə olanı saxlamaq üçün buna ehtiyac duyursunuz. Ancaq yenə də deyirəm, iyirmi oyunçumuz var və hər birinə fərdi yanaşmaq lazımdır. “Qarabağ”a uduzmağımızın səbəbi oyunumuzun təxirə salınması ilə bağlı deyildi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!