"Qarabağ"ın prezidenti gözlənilən yeni transferlərin xəbərini verdi

9 Avqust 2022 11:30 Qarabağ 1 900
"Qarabağ"ın prezidenti gözlənilən yeni transferlərin xəbərini verdi

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gəlib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la oyun öncəsi komanda üzvləri ilə görüşəcək, daha sonra bugünkü qarşılaşmanı stadiondan izləyəcək.

Tahir Gözəl qol.az-ın Budapeştə ezam olunmuş əməkdaşına açıqlamasında Macarıstan klubu ilə oyun üçün gözləntilərindən danışıb:

"Çox sevinirəm ki, iş qrafikim imkan verdi, komandaya mənəvi dəstək olmaq üçün Macarıstana gəldim. Bu oyun "Qarabağ" tarixinin ən öməli oyunlarından biridir.

Çünki Bakıdakı ilk matç çox maraqlı, çətin, həyəcanlı oldu. "Qarabağ" bu və növbəti rəqibini keçərsə, yenidən qrupa düşərək tarix yazmaq şansı var.

Buna görə də bu oyuna çox qiymət verirəm və gəlmişəm ki, futbolçularımıza dəstək olum".

Klub rəhbəri "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı çıxışını qiymətləndirib:

"Hesab edirəm ki, "Qarabağ"ın təcrübəsi və gücü, Qurban hocanın biliyi artır. Görürsünüz, "Qarabağ" avrokubok oyunlarında həyəcanlanmır.

Böyük azarkeş kütləsinin önündə də təzyiq alına düşmür və öz oyununu göstərir. Biz daim inkişaf etmək istəyirik.

"Ferentsvaroş"la ilk oyunda zədəlilərimizin və cəzalılarımızın olması məni məyus etdi. İnşallah bu oyunda daha güclü komanda olacağıq. Kadi Borqes və Riçard Almeydanın artıq sıraya dönməsi bizim üçün üstünlükdür".

T.Gözəl transfer işlərinin davam etdirildiyini də bildirib:

"Transferlərdə son söz Qurban hocanındır. Hələ də axtarış gedir. Proses dayanmayıb. Biz rəhbərlik bu işlərdə Qurban hocaya dəstəyik".

Digər Xəbərlər
Xəbər Lenti