Daha nə deyəsən – otur və ağla!

6 İyul 2022 21:20 Qarabağ 2 056
Daha nə deyəsən – otur və ağla!

Con van den Brom “Qarabağ”ın ən təhlükəli iki “silah”ından biri olaraq gördüyü Zubiri dünən elə Zubir kimi «oxudu».

Küncə sıxılan fransızın topu özündə çox saxlamaq vərdişi «Qarabağ»ı daha kəsərli hücumlar qurmaqdan məhrum etdi, təhlükəli epizodların sayını minimuma endirdi.

«Lex»in qapısı önündə qol iyi gələn fraqmentlərin sayı təkəm-seyrək oldu, çün Zubir və Kadi qapalı zonadan keçmək üçün əlahiddə heç nə etmədi.

Rutrik Andrade? Qurban Qurbanov dünən onu meydanda çox axtardı.

Kabo-verdeli yarımmüdafiəçinin yeri hər dəqiqə göründü. Ələlxüsus, topsuz epizodlarda.

Riçard Almeydanın Patrikin yoxluğunu unutdurmağa nə gücü qalıb, nə də bir şey. Almeyda 2-3 ildir həvəskar kimi oynayır, topun arxasına düşməklə sanki gözünün qurdunu öldürür.

Əvvəllər braziliyalı olduğunu tez-tez xatırladırdı, bu gün isə o, Region Liqasındakı futbolçulardan seçilmir.

Almeyda topu önə ötürmək, qol pası vermək məziyyətlərini çoxdan itirib, Qurban Qurbanov gərək onu saxlamazdı. Saxladı amma.

Təkrarçılıq olmasın, həmişə demişəm ki, «Qarabağ»ın müdafiə xətti məndə arxayınlıq yaratmır. Kevin Medina ilə Maksim Medvedevin lideri olduğu birinci zonadan gözüm heç vaxt su içməyib.

İshakın qolunda hər birinin kobud mövqe səhvi vardı. Yuxu dərmanı içmişdilər, elə bil.

«Lex» az qüvvə ilə irəli gəlib, «Qarabağ»ı hesabda geri saldısa, daha nə deyəsən – otur və ağla!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti