“Qarabağ”ın legionerindən “Lex”ə HƏDƏ MESAJI - FOTO

6 İyul 2022 20:00 Qarabağ 1 353
“Qarabağ”ın legionerindən “Lex”ə HƏDƏ MESAJI - FOTO

“Qarabağ”ın səfərdə “Lex”ə məğlub olmasından sonra (0:1) komandamızın heyətindəki futbolçuların üzgünlüyü anlaşılan idi.

İlk hissədə üstün oyun sərgiləməsinə rəğmən, rəqib qapısına yol tapa bilməyən ağdamlılar meydan sahiblərinin vurduğu qola üzüldü.

Bakıdakı cavab qarşılaşmasının hansı gərginlikdə keçəcəyini indidən təxmin etmək çətin deyil. “Qarabağ”lılar Polşa çempionuna yerini göstərmək üçün əlindən gələni edəcək.

Artıq indidən hədə mesajları verilməkdədir.

“Köhlən atlar”ın “tank”ı Kevin Medina matçdan dərhal sonra “instagram” hesabında paylaşım edib.

Kolumbiyalı müdafiəçi oyundan şəkil paylaşaraq “Bakıda görüşərik” yazıb.

Bu mesajın nə demək olduğunu anlamaq üçün səbirsizliklə iyulun 12-ni gözləmək lazım gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti