"Qarabağ"dan legioner hücumçusuna görə 300 min tələb

30 İyun 2022 22:40 Qarabağ 1 279
"Qarabağ"dan legioner hücumçusuna görə 300 min tələb

Türkiyə mətbuatı "Qarabağ"ın futbolçusu Ovusu Kvabena haqda növbəti məlumatı yayıb.

Sportinfo.az "haberlisin.com"a istinadən xəbər verir ki, "Sakaryaspor" qanalı hücumçunun transferində israrlıdır.

Xəbərdə qeyd olunub ki, Ağdam klubu Ovusu üçün qarşı tərəfdən 300 min avro tələb edib. 1-ci liqa təmsilçisi isə futbolçunu daha aşağı məbləğə almaq istəyir.

O.Kvabena ötən mövsüm icarə əsasında "Ankaragücü"ndə (Türkiyə) oynayıb. 25 yaşlı hücumçu iyunun 13-də "Qarabağ"ın düşərgəsinə qayıdıb.

O, 2020-ci ildən Ağdam təmsilçisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti