“Qarabağ”a gələn transfer təklifi – 350 min avrodan başlayır... "SAMBA" GÜNDƏMİ

29 İyun 2022 13:00 Qarabağ 2 662
“Qarabağ”a gələn transfer təklifi – 350 min avrodan başlayır... "SAMBA" GÜNDƏMİ

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges İsrail klubundan təklif alıb.

“Sambaçı” Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir.

“Hapoel” hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, klubun transfer siyahısında yer alanlardan biri də Borgesdir.

“Hapoel” rəhbərliyinin 26 yaşlı hücumameylli vinger üçün “Qarabağ”la danışıq apardığı da deyilir.

Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayında bitir.

İsrail mətbuatının yazdığına görə, “Hapoel” Kadiyə 400 min avroluq təklif göndərib. Amma bu, həqiqəti əks etdirmir.

Beer-Şeva təmsilçisi “Qarabağ”a 350 min avro ödəməyə hazır olduğunu bildirib. “Köhlən atlar”ın aldığı rəsmi təklifdə bu rəqəm göstərilib.

Cənubi amerikalının özünə isə ilk ildə 250 min avro verməyə razıdırlar. Braziliyalının sonrakı iki mövsümdə ala biləcəyi məbləğ isə 400 min avroya kimi yüksələ bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”