“Qarabağ“dan üçüncü transfer – Bu dəfə B Seriyasından

21 İyun 2022 14:00 Qarabağ 78 865
“Qarabağ“dan üçüncü transfer – Bu dəfə B Seriyasından

Luka Quqeşaşvilini "Yagelonniya"dan (Polşa), Marko Yankoviçi

“Hapoel Təl-Əviv”dən (İsrail) heyətinə qatan “Qarabağ“ üçüncü transferini gerçəkləşdirməyə hazırlaşır.

Azərbaycan çempionu bu dəfə Braziliya bazarına üz tutub. Ağdam təmsilçisinin danışıqlar apardığı legioner B Seriyasında çıxış edir.

Qurban Qurbanovun israrla sıralarına qatmağa çalışdığı “sambaçı“ yarımmüdafiəçidir. O, həm meydanın mərkəzində, həm də cinaharda oynamaq bacarığı ilə seçilir.

“Köhlən atlar“ artıq futbolçu ilə müqavilə şərtlərini razılaşdırıb, klublar arasında danışıqlar isə son fazaya daxil olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti