"Qarabağ" 9-cu çempionluğu qeyd etdi - FOTO

17 May 2022 16:50 Qarabağ 876
"Qarabağ" 9-cu çempionluğu qeyd etdi - FOTO

2 tur öncə Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirən "Qarabağ" bu gün uğurunu qeyd edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin tədbiri "Dreamland" qolf adasında təşkil olunub.

Mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb. Çıxış üçün söz əvvəlcə Abdolbari Gözələ verilib.

Təəssüratlarını bölüşən fəxri-prezident artıq azad Qarabağı təmsil etdiklərini bildirib:

"Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi"

A.Gözəlin sözlərinə görə, vaxtilə böyük məsuliyyətin ona verildiyinin şahidi olub: "Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə "Qarabağ"ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm".

Daha sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib.

Tahir Gözəl çıxış edərək komandanı təbrik edib. “Qurban hoca biz sizə həyat verdik, siz bizə həyat verdiniz” - deyən T.Gözəl Q.Qurbanov başda olmaqla məşqçi heyətinə təşəkkür edib.

Sonda T.Gözələ üzərində “Qarabağ”ın bütün futbolçularının imzası olan forma hədiyyə ediib.

“Qarabağ” klubunun direktoru Emrah Çelikel çıxış edərək “Qarabağ”ın ilk dəfədir azad Qarabağın dönəmində çempion olduğunu deyib: “Ona görə də bu çempionluğun bizim üçün mənəvi önəmi çoxdur”.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə çıxışında oyunçulara və klub rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Tədbir "Qarabağ" formasını geyinmiş musiqi qrupunun çıxışı ilə davam edib.

Digər Xəbərlər
Xəbər Lenti