Qurban Qurbanovun onun adını "qara siyahı"dan çıxarması üçün hər şey edir

13 May 2022 13:00 Qarabağ 1 563
Qurban Qurbanovun onun adını "qara siyahı"dan çıxarması üçün hər şey edir

Qurban Qurbanov daha 3 il «Qarabağ»ı çalışdıracaq.

Bu xəbərdən sevincək olan futbolçuları «Sumqayıt»ı düz 5 dəfə meydanın mərkəzinə dəvət edib, bir o qədər də «əfv qərarı» çıxardı.

5:0 böyük hesab kimi görünə bilər, amma oyunu izləməyənlər üçün.

«Qarabağ» qonaqların qəlbini qırmayıb, Premyer Liqada ikinci «Şamaxı» faciəsinin yaşanmasına qol qoymadı.

«Sabah» və «Zirə» ilə qarşılaşmalarda öz kölgəsini qılınclayan «Qarabağ» eyni münasibəti «Sumqayıt»a göstərmədi.

AFFA-ya bağlı komandaları qarşılarında görüncə, futbolçuların yadına düşür ki, onlar «Qarabağ»ın formasını geyinirlər.

İbrahima Vadjini bu mənada əksər komanda yoldaşlarından fərqləndirərdim. Aprelin əvvəlində «Valarenqa»ya transferi son anda baş tutmayan seneqallı forvard özünü Qurban Qurbanova sübut etməkdən ötrü dərindən-qabıqdan çıxır.

Kaş oynundakı bu yüksəliş Çempionlar Liqasında da davam edərdi. Vadjinin orada vuracağı qollar daha əhəmiyyətlidir.

Və belə gedərsə, yəqin ki, baş məşqçisinin özü haqda qənaətini dəyişdirəcək və adı «qara siyahı»dan çıxarılacaq.

Ramin Şeydayevin qeyri-sabitliyi fonunda, afrikalı hücumçunun «vuran ayaq» məsuliyyətini üzərinə götürməsi «Qarabağ»ın yaralı barmağına məlhəm əvəzidir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!