“Qarabağ” bu transfer üçün görün, nə qədər ödəmə etdi - ANLAŞMA ŞƏRTLƏRİ

11:00 Qarabağ 2 152
“Qarabağ” bu transfer üçün görün, nə qədər ödəmə etdi - ANLAŞMA ŞƏRTLƏRİ

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Zakaria Savoya görə “Yurqorden” ilə aparılan danışıqlar müsbət nəticələnib.

26 yaşlı Qambiya kökənli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən “Yurqorden”də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib.

O, karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə “Aris”də çıxış edib.

Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

26 yaşlı afrikalı ağdamlılara 800 min avroya başa gəlib. İsveç təmsilçisi ona görə əvvəlcə 1,2 milyon avro təzminat tələb etsə də, uzun sürən görüşmələrin yekununda güzəştə getməli olublar.

Həmin msəbləğin böyük hissəsi ən qısa müddətdə qarşı tərəfin hesabına köçürüləcək, yerdə qalan vəsait isə sonrakı mərhələdə tranş olunacaq.

Savo əsas heyətdə möhkəmlənər, hər hansı titul qazanar və avrokuboklarda yaxşı göstəricilərə imza atarsa, ”Yurqorden”ə əlavə bonuslar ödəniləcək.

Həmçinin ”Qarabağ” bu 3 il ərzində onu üçüncü tərəfə satarsa, əldə olunacaq vəsaitin 20 faizi isveçlilərə çatacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti