“Beşiktaş” rəsmisi azərbaycanlı futbolçunun transferi haqda bizə danışdı

17 Yanvar 2022 17:00 Qarabağ 3 145
“Beşiktaş” rəsmisi azərbaycanlı futbolçunun transferi haqda bizə danışdı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.

Türkiyə mətbuatı gənc forvardın bu ölkədə çıxış etmək ehtimalının olduğunu vurğulayıb.

Bildirilib ki, “Beşiktaş” 20 yaşlı istedadın xidmətində maraqlıdır. Vaxtilə “Qarabağ”da fəaliyyət göstərmiş İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli gənclər millimizin üzvünü sərəncamında görmək niyyətindədir.

Yerli KİV-in iddiasına görə, çalışdırıcı bununla bağlı rəhbərlikdən müsbət cavab alıb və “Qarabağ” rəsmiləri ilə danışıq aparıb.

Baş məşqçi yeni təyin olunduğu komandada Qurban Qurbanovun oğluna yer olacağını düşünür.

Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub. “Beşiktaş”ın mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğan bu söz-söhbətlərə aydınlıq gətirib.

Sportinfo.az-a açıqlama verən İstanbul klubunun sözçüsü bunları deyib:

“Biz klubda çalışan şəxslərik. Transfer məsələləri ilə bağlı heç bir bilgimiz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti