“Qarabağ”lı legioner sözündən qaçdı,imtina etdi

8 Dekabr 2021 17:40 Qarabağ 2 123
“Qarabağ”lı legioner sözündən qaçdı,imtina etdi

“Qarabağ”ın qarşılaşacağı “Bazel”in ümumi durumuna bələd olsaq da, bu komandanı isveçrəlilər qədər yaxından tanıya bilmərik.

Xüsusən də bu ölkədə yaşayan futbol mütəxəssisləri qədər.

Ayrı-ayrı vaxtlarda iki dəfə “Qarabağ”ın formasını geyinmiş İnnosent Emeqara da İsveçrə vətəndaşıdır.

Nigeriyada doğulmasına baxmayaraq, sonradan Avropanın “göbəyinə” köçmüş, futbolda ilk addımlarını burada atmış, ilk peşəkar klubu “Vintertur” olmuş, sonradan “Qrasshopper”in şərəfini qorumuşdu.

Odur ki, “Bazel” – “Qarabağ” oyunundan əvvəl ondan yaxşı həmsöhbət ola bilməzdi.

Ağdamlıların qələbə şansı, “Bazel”in hazırkı durumu, yerli komandanın azarkeşlərinin yaradacağı ab-hava – ümumən bu oyun ətrafında ən maraqlı məqamlarla bağlı hücumçu ilə danışmaq niyyətindəydim.

İlk zəngimdəcə dəstəyi qaldırıb salamlaşmağı, hətta “nə var, nə yox” etməyi özünə borc bilən “Qarabağ”ın sabiq futbolçusu müsahibə söhbətini eşidincə, “indi işim var, 2-3 saatdan sonra yığ, danışaq” deyib, itdi.

Dediyi 2-3 saat, oldu 5, 5 oldu 8 saat....

Yekunda mesaj yazdı kı, qardaşım, sən Allah, üzrlü say, müsahibə vermək istəmirəm.

Uzatmadım, heç buna lüzum da görmədim. Çünki indiyə qədər çörəyimizi yeyib, suyumuzu içib, axırda bizə arxa çevirən o qədər məşqçi və futbolçu olub ki. Emeqara da olsun onlardan biri.

Bunların bir adı var – “çörəyi dizinin üstündə olanlar”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti