“Neftçi” ilə debüt etdi, "Qarabağ"da “100”ün üstünə çıxdı

8 Dekabr 2021 01:10 Qarabağ 861
“Neftçi” ilə debüt etdi, "Qarabağ"da “100”ün üstünə çıxdı

Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, müdafiəçinin yubileyi Premyer Liqanın 13-cü turuna təsadüf edib.

“Sabah”la matç (5:1) onun üçün əlamətdar olub. Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub.

O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.

“Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı