“Qarabağ” Avropada 3 komandadan biridir ki... “Liverpul” və “Bavariya” da bunu bilir

27 Noyabr 2021 20:40 Qarabağ 1 250
“Qarabağ” Avropada 3 komandadan biridir ki...  “Liverpul” və “Bavariya” da bunu bilir

“Qarabağ” 2021/22 avrokubok mövsümündə təsnifat mərhələsindən mübarizəyə başlayıb, hələ də məğlubiyyət üzü görməyən 3 komandadan biridir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi cari mövsüm Konfrans Liqasında keçirdiyi ümumilikdə 11 matçın heç birində uduzmayıb.

“Qarabağ” bu mənada LASK və “Renn”lə birlikdə məğlubiyyətsiz irəliləyir. Ancaq oyun sayı baxımından təmsilçimizin göstəriciləri daha yaxşıdır.

Çünki Avstriya klubu bu mövsüm avrokuboklarda 9, fransızlar isə 7 matç keçiriblər. Qurban Qurbanovun yetirmələrinin aktivində 7 qələbə, 4 bərabərlik varsa, LASK-da bu göstəricilər 7:2, “Renn”də isə 5:2-dir.

“Liverpul”, “Ayaks”, “Bavariya” Çempionlar Liqasında, “Lion”, “Ayntraxt”, “Bayer”, “Vest Hem” isə Avropa Liqasında məğlub olmayıblar.

Ancaq adıçəkilən komandaların hər biri birbaşa qrup mərhələsindən mübarizəyə başlayıb. Yəni onlar cəmi 5 qarşılaşma keçiriblər.

Avrokubokların qrup mərhələsini ilk 5 turda yenilgisiz keçirən “Monako”, “Qalatasaray”, “Bodo-Qlimt”, “Alkmaar”, “Feyenoord” və “Bazel” təsnifat mərhələsində məğlubiyyətlə üzləşiblər.

Konfrans Liqasının H qrupunda yer alan “Qarabağ” 5 turda topladığı 11 xalla son oyun öncəsi ikinci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti