Azərbaycan klubları üçün DAHA BİR YENİLİK

21 Oktyabr 2021 17:10 Qarabağ 2 172
Azərbaycan klubları üçün DAHA BİR YENİLİK

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində bu gün üçüncü oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz III tur matçında “Kayrat”ı qəbul edəcək.

Maraqlıdır ki, bu, Azərbaycan və Qazaxıstan klubları arasında avrokuboklarda ilk duel olacaq. Milli komandamız dəfələrlə Qazaxıstan yığması ilə həm yoldaşlıq görüşündə, həm də seçmə mərhələ matçlarında üz-üzə gəlib.

Həmçinin klublarımız da təlim-məşq toplanışlarında adıçəkilən ölkənin komandaları ilə yoxlama görüşü keçirib. Ancaq klublarımızın indiyə qədər yolu Qazaxıstan təmsilçiləri ilə avrokuboklarda kəsişməyib.

Digər diqqətçəkən məqam isə odur ki, Azərbaycanın hansısa klubu oktyabrın 21-i tarixində ilk dəfə Avropa arenasında meydana çıxacaq (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti