"Sanki gözləyirlər ki, nə vaxt məğlub olacaq?" – Qurban Qurbanov

21 Oktyabr 2021 12:40 Qarabağ 817
"Sanki gözləyirlər ki, nə vaxt məğlub olacaq?" – Qurban Qurbanov

"Mənim narahat olduğum məqamlardan biri elə budur".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu açıqlama ilə çıxış edib.

Avropada 2021/22 mövsümündə ölkə çempionatını məğlubiyyətsiz davam etdirən yüksək liqa klublarının adları müəyyənləşib. Daxili birincilikdə 5 və daha çox oyun keçirib, uduzmayan komanda sayı 29-dur.

Ölkəsinin məğlubedilməzləri sırasında Azərbaycan klubu “Qarabağ” da yer alır. Premyer Liqamızın geridə qalan 7 turunda yenilməz olan ağdamlılar yalnız 2 görüşdə heç-heçə ilə kifayətlənməli olub.

Avropanın bəzi ölkələrində mövsüm artıq yekunlaşmaq üzrədir. Onlardan yalnız birində - Farer adalarında lider komandanın kürəyini yerə vuran tapılmayıb. “

Klaksvik” keçirdiyi 24 matçın 22-də qalib gəlib, 2-də rəqibləri ilə “sülh” bağlayıb. Cəbəllütariq, Andorra, San Marino kimi ölkələrin çempionatında məğlubedilməz komandalar olsa da, adıçəkilən ölkələrdə mövsüm yeni başlayıb

Təcrübəli mütəxəssis 15 oyun məğlub olmamaları bağlı fikirlərini bölüşüb: "Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir.

İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq?

Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun.

Deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir.

Digər tərəfdən sanki gözləyirlər ki, nə vaxt məğlub olacaq? Hər halda aydan-aya, ildən-ilə böyüməliyik.

Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik".

Digər Xəbərlər
Xəbər Lenti