UEFA "Qarabağ" və "Kayrat"ı ukraynalılara tapşırdı

19 Oktyabr 2021 14:20 Qarabağ 1 231
UEFA "Qarabağ" və "Kayrat"ı ukraynalılara tapşırdı

Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Moldovalı Vladimir Antonov hakim-inspektor, litvalı Maksimas Beçtereva UEFA nümayəndəsi olacaq.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"