"Qarabağ"ın legioneri "Bazel"lə oyundan gözləntisini açıqladı

8 Dekabr 2021 22:50 Qarabağ 917
"Qarabağ"ın legioneri "Bazel"lə oyundan gözləntisini açıqladı

"Son çempionat matçından sonra bütün fikirlərimiz "Bazel"ə qarşı oyunla bağlıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın legioneri Patrik Andrade İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

28 yaşlı kabo-verdeli yarımmüdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

"Sabahkı görüşdə hər iki komandadan yaxşı oyun gözləyirəm. Rəqibi yaxşı analiz etmişik".

Dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti