"Qarabağ” düz ilyarımdır ki...

25 Sentyabr 2021 23:00 Qarabağ 698
"Qarabağ” düz ilyarımdır ki...

“Qarabağ” Premyer Liqanın 5-ci turunun açılış matçında “Keşlə”ni məğlub edə bilmədi. Gərgin keçən oyunda komandalar hərəyə bir qol vurmağa müvəffəq oldu.

Bununla da ağdamlılar “ASK Arena”da növbəti qələbəsizliyini yaşayıb. İş burasındadır ki, ağdamlılar “Keşlə”nin ev oyunlarını keçirdiyi stadionda bundan öncəki 2 matçda da 3 xala həsrət qalmışdı. Hər 2 oyun heç-heçə sonuclanmışdı – 0:0, 1:1.

Qurban Qurbanovun yetirmələrinin “ASK Arena”da sonuncu qələbəsi ilyarım əvvələ təsadüf edir. 2020-ci ilin martın 8-də baş tutan oyunda “köhlən atlar” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

“Qarabağ”ın bu arenada məğlubiyyəti isə, 2018-ci ilin mayında baş verib. Ağdamlılar “qırmızılar”a 0:3 hesabı ilə uduzmuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti