“Bu iki komandanın oyununu təntənəli keçirmək lazımdır”

12 Sentyabr 2021 23:00 Qarabağ 512
“Bu iki komandanın oyununu təntənəli keçirmək lazımdır”

“Bu cür atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür edirəm.

Öz azarkeşlərimizə də təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

3 turdan sonra “Qarabağ” 7 xalla turnir cədvəlinə başçılıq edir. “Baksell Arena”da 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra “CBC Sport”a fikirlərini bildirən millimizin üzvü derbiyə layiq mübarizə olduğunu söyləyib:

“Bu iki komandanın oyununu təntənəli keçirmək lazımdır. Derbiyə layiq oyun oldu. Uzun zaman idi millinin düşərgəsində idik, klubda bir arada deyildik.

Bu baxımdan qələbə çox yaxşı oldu. Çətin oyun oldu, sona yaxın “Neftçi” təzyiqi artırdı. Ancaq qələbə qazana bildik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"