Qurban Qurbanov: "Komandada xeyli dəyişiklik etmək istəyirəm"

22 İyul 2021 13:40 Qarabağ 1 508
Qurban Qurbanov: "Komandada xeyli dəyişiklik etmək istəyirəm"

"Hamımız hücum xəttini düşünürük".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova aiddir.

Konfrans Liqasında mübarizə aparan komandanın çalışdırıcısı hücum mövqeyindəki çatışmazlıqdan danışıb:

"Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik.

Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik.

Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurmaq niyyətindəyik. Çox tələsmək də istəmirik ki, yanılmayaq.

Sosial şəbəkələrdən uzağam, amma daim fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir.

İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub.

Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"