"Qarabağ" nə qədər satış edib?

20 İyul 2021 23:00 Qarabağ 1 903
"Qarabağ" nə qədər satış edib?

"Qarabağ" və "Aşdod" arasında Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 6 mindən çox bilet satılıb.

Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

İyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti