Bir bu qalmışdı... Şahruddin komanda yoldaşını tanımır? - VİDEO

5 İyul 23:45 Qarabağ 115
Bir bu qalmışdı... Şahruddin komanda yoldaşını tanımır? - VİDEO

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını Jali Muaddib və Kadi Borges (penalti) vurublar.

Start heyətində meydana çıxan Şahruddin Məhəmmədəliyev yol verdiyi xətayla diqqət mərkəzinə düşüb.

Dağıstan kökənli qapıçı rəqibin əks-hücumu zamanı səhvən komanda yoldaşına xəsarət yetirib.

Xoşbəxtlikdən o, ciddi zədə almayıb və epizodun davamında "Xarkov"un hücumçusunun fərqlənməsinə imkan verməyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti