“Qarabağ” SÜRPRİZ transferini belə üzə çıxardı - VİDEO

00:40 Qarabağ 160
“Qarabağ” SÜRPRİZ transferini belə üzə çıxardı - VİDEO

Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” komandasından Cebrail Makreçkisi heyətinə qatıb.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib.

O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Cebrail Makreçkis yay fasiləsində “Qarabağ”ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti