 
            “Qarabağ” yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Suraxanıda yerləşən bazada çalışmalarını sürətləndirib.
Futbolçular həm yaşıl meydançada, həm də fitnes zalında məşq keçir.
Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.
Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub.
Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək.
İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib isə “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu sparrinqin adına daha sonra aydınlıq gələcək.

 
                 
                 
                 
                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            