“Qarabağ“da yerli futbolçular maaşlarının azaldılmasını niyə istədi?

18 İyun 2021 16:00 Qarabağ 1 281
“Qarabağ“da yerli futbolçular maaşlarının azaldılmasını niyə istədi?

“Qarabağ“ın yerli futbolçuları klub rəhbərliyinə jest edib.

Sportinfo.az-ın məlumatına görə, müqavilə müddətini uzadan oyunçular maliyyə şərtlərinin yumşaldılmasını istəyib.

Onlar buna səbəb kimi Premyer Liqanın son mövsümündə çempion ola bilməmələrini göstərib.

Ardıcıl 7 il sürən uğurun davamının gəlməməsində özlərinin də «pay»ının olmasını başa düşən futbolçular bunun uzadılan kontraktlarda da öz əksini tapmasına «hə» deyib.

Odur ki, 2 illik yeni anlaşmalarda ödəmələr 10-30 min manat civarında aşağı salınıb.

“Qarabağ“la müqaviləsini artıran oyunçular bunlardır: Toral Bayramov, Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov və Rahil Məmmədov.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?