“Bakı” həm “Qarabağ”ı, həm də “Sumqayıt”ı…

4 May 2021 18:00 Qarabağ 1 008
“Bakı” həm “Qarabağ”ı, həm də “Sumqayıt”ı…

“Qarabağ” – “Sumqayıt” qarşılaşması ölkə kubokunun 29 illik tarixində 29-cu penaltilər seriyasıdır.

Sportinfo.az xəbər verir ki, tarixində 4-cü dəfə kubokda 11 metrlik zərbələri vuran Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə uğursuzluqla üzləşib.

1999/2000 mövsümündə “Turan”a qalib gələn (0:1, 1:0, pen.5:4) “Qarabağ” 2010/11 mövsümündə eyni rəqibə (0:0, pen. 3:4), 2011/12 mövsümündə isə “Bakı”ya (1:0, 0:1, pen.4:5) uduzub.

İlk iki seriya 1/8, sonuncu isə indiki kimi 1/2 finala təsadüf edib. Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci belə cəhdində ilk dəfə mərhələ adlayıb.

“Sumqayıt” 2014/15 mövsümündə “Bakı” səddini keçə bilməyib. 1/8 final oyunu qolsuz bitsə də, paytaxt təmsilçisi sonda 4:3 hesabına sevinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı