"Şah" başına gələn olaydan danışdı: "Ağrıdan heç nə hiss etmirdim, üzüm qan içində idi"

19 Aprel 2021 16:20 Qarabağ 1 399
"Şah" başına gələn olaydan danışdı: "Ağrıdan heç nə hiss etmirdim, üzüm qan içində idi"

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.

Sportinfo.az xəbər verir ki, kiper son durumu ilə bağlı klubumun saytına açıqlama verib.

O deyib ki, həmin anda nə baş verdiyini anlamayıb. “Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım.

Ağrıdan əlimi, ayağımı hiss etmirdim. Ayağa qalxanda üzüm qan içində idi. İndi özümü pis hiss etmirəm.

Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək.

Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar.

Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib,

“Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"