İstəməzdim belə olsun, qardaş" - "Şah" yazdı, Amil reaksiya verdi

17 Aprel 2021 20:00 Qarabağ 1 087
İstəməzdim belə olsun, qardaş" - "Şah" yazdı, Amil reaksiya verdi

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə qarşılaşmada başından xəsarət alaraq əvəzlənən “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev instaqram səhifəsi vasitəsilə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın qolkiperi səhhətinin yaxşı olduğunu bildirib.

27 yaşlı qapıçı paylaşımında bunları yazıb: “Çox şey demək istərdim. Sizin düşündüyünüzdən daha güclüyük. Allaha həmd olsun!”.s

Matçın 26-cı dəqiqəsində toqquşma nəticəsində Məhəmmədəliyevin zədələnməsinə səbəb olan “Səbail”in hücumçusu Amil Yunanov da sosial şəbəkə vasitəsilə hadisəyə münasibət bildirib: “Allah köməyin olsun, qardaş. İstəməzdim belə olsun. İnşallah, tez sağal”.

Hadisədən dərhal sonra xəstəxanaya aparılan Şahrudin Məhəmmədəliyevin başına 25 tikiş qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti