Elxan Məmmədova ləkə atıb, "Qarabağ"ı gözdən salmaq cəhdi – Arxasında kim dayanıb?

1 Mart 2021 11:40 Qarabağ 1 837
Elxan Məmmədova ləkə atıb, "Qarabağ"ı gözdən salmaq cəhdi – Arxasında kim dayanıb?

"Qarabağ" son günlər yenidən gündəmdədir.

Ağdam komandası bu dəfə sərgilədiyi oyun və nəticələri ilə yanaşı, əsasnaməni pozmasıyla diqqət mərkəzindədir.

Hər şey Premyer Liqanın XVI turunda "Sumqayıt"la səfər matçından (0:0) başladı.

Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov Uroş Matiçin oyun formasındakı yazının qaydalara zidd olduğunu vurğulayıb:

"Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun və I Divizionun Əsasnaməsində də qeyd olunduğu kimi, futbolçu futbolkaları Azərbaycan əlifbasından istifadə etməklə yazılmalıdır.

Yəni əlifbamızdan kənara çıxmaq olmaz. Matic və ya Matiç kimi yazmaq olar, "Matic`" yazılışı isə hazırkı qaydalara ziddir.

Amma digər tərəfdən, bunun bir az yanlış xatırlama olduğunu görmək olar. Siyahıda olan oyunçulara baxın. Zubir, Ozobiç adları və ya soyadları yazılarkən hətta əlifbamız qorunmaqla yanaşı, səslənmə də qorunub".

PFL rəsmisinin sözlərinə görə, insan faktorları olan yerdə səhvlər də qaçılmazdır. "Təcrübəmdən deyə bilərəm ki, ad, soyad, "nickname" futbolçu üçün çox vacibdir, amma qaydalar mütləq izlənməlidir.

Komandanın baş məşqçisi hələ Rusiyada oynayanda jurnalistə "Mənim adım Kurban Kurbanov yox, Qurban Qurbanovdur" demişdi. Yəni, ad məsələləri hər zaman müzakirə mövzusudur. Amma qaydalar var və bu qaydalar önəmlidir".

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız sosial şəbəkədə gündəmə gətirilib.

"Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".

"Burada Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz" - bu fikirləri isə "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə serbiyalı legionerin ormasındakı adın başqa əlifba ilə yazılmasına münasibət bildirərkən deyib.

Abbaszadə klubun illərdir bu məsələyə həssas yanaşdığını vurğulayıb: "Digər əcnəbi futbolçuların adları Azərbaycan dilinin qaydalarına, tələbinə uyğun yazılıb.

Filip Ozobiçi misal göstərə bilərəm. Xayme Romeronun adı belə ispan dilində tam fərqli səslənsə belə, Azərbaycan dilinin qaydalarına uyğun olaraq "X" hərfi ilə yazılıb. Çünki dilimizin qaydaları bunu tələb edir.

O ki qaldı Matiçin formasındakı məsələyə, bu, texniki səhvdir. Məsələyə həssaslıqla yanaşırıq.

Uzun illər Azərbaycan adını, ölkə futbolunu Avropada qürurla təmsil edən bir klub heç vaxt dilimizə hörmətsizlik etməz. Avrokubok oyunlarında da "Qarabağ"ın adı klubun tələbindən sonra ğ hərfi ilə yazılıb. Halbuki bu hərf digər ölkələrdə yoxdur".

Abbaszadə növbəti görüşlərdə yanlışlığı aradan qaldıracaqlarını da söyləyib: "Təşəkkür edirəm ki, bu məsələ qabardılıb. Səhvsiz olmur və bunu tezliklə aradan qaldıracağıq. Növbəti oyunlarda bu səhv təkrarlanmayacaq".

“Qarabağ” ötən həftəsonu AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb. Müraciətdə İntizam Komitəsinin fevralın 23-də tətbiq etdiyi qərara etiraz ifadə olunub.

Həmin qərara əsasən, Uroş Matiçin forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün kluba 3000 manat cərimə kəsilib.

"Qarabağ" həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb.

Klub qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb. AFFA bu gün-sabah şikyət ərizəsinə baxmalı, haqq nədirsə, onu təmin etməlidir.

Ədalətin bərpası üçün əsasnamə ələ alnmalı, ona istinad olunmalıdır. Burada isə o göstərilir ki, başqa əlifbadan istifadə halı baş verdikdə, birienci tədbir töhmətdir. Klub töhmətdən nəticə çıxarmasa, ardınca maliyyə cəzası alır.

İntizam Komitəsi (İK) «Qarabağ»ı birbaşa cərimələməklə, qaydalardan kənara çıxıb. Bunun arxasında isə Elxan Məmmədov dayanmır.

İK-nin qərarı məlum olandan sonra sosial şəbəkələrdə bununla bağlı çoxsaylı şərhlər yazılıb, əksəriyyət iddia edir ki, AFFA-nın icraçı vitse-prezidenti «Qarabağ» gözdən salmaq niyyəti ilə komitəyə əsasnaməni pozaraq bu qərarı verməyi tapşırıb.

Bu, kökündən yanlış iddiadır. Əvvəla, «Qarabağ»da «səhv» tutan AFFA nümayəndəsinin kimliyinə diqqət yetirək. Həmin şəxs Peşəkar Futbol Liqasının (PFL) əməkdaşı Eldəniz Musayevdir.

O, PFL prezidenti Ramin Musayevin yaxın qohumudur. Necə inanmaq olar ki, R.Musayevin adamı E.Məmmədovun göstərişini yerinə yetirsin?

Digər tərəfdən, icraçı vitse-prezidentin onunla «soyuq müharibə»də olan PFL prezidentinin qohumuna belə bir tapşırıq verəcək qədər özünü sadəlbövhlük edəcəyini düşünürsüz?

Bu, öz-özünü odun içinə atmaq deməkdir. Elxan Məmmədov isə kifayət qədər ehtiyatlı biridir, o, heç vaxt bu cür kobud səhvə yol vermir.

Eldəniz Musayev sosial şəbəkə istifadəçisi deyil. Saraktercə sakit, üzüyola insandır. Klubların sosial media ünvanları ilə maraqlanacaq qədər bui şin dərin həvəskarı deyil.

Onu AFFA nümayəndəliyində R.Musayevin xahişi ilə saxlayıblar, yoxsa Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik digərləri kimi, adıçəkilən şəxsi də çoxdan mandatdan məhrum etmişdi.

E.Musayev cari mövsüm 3 dəfə «Qarabağ»ın oyunlarına təyinat alıb. Və hər üçü səfər qarşılaşmasna təsadüf edib. «Sumyıqat»la matçdan əvvəl «Zirə» (0:0) və «Səbail»lə görüşlərdə (0:0) AFFA nümayəndəsi vəzifəsini yerinə yetirib.

Matiç onun olduğu ilk 2 matçda həmin bu forma altında meydana çıxıb. «Zirə» ilə 60, «Səbail» ilə 90 dəqiqə mübarizə aparıb, bu dəfə isə ehtiyatda qalıb.

Musayevin serbiyalı meydanda ikən səhvi tutmayıb, məhz indi – paltardəyişmə otağında çəkilən və sosial şəbəkədə paylaşılan fotodan həqiqəti öyrənməsi nə dərəcədə inandırıcıı deyil.

Ona istiqamət və təlimat PFL əməkdaşlarından gəlib. Göstərişin arxasında klubun mətbuat xidmətinin yeni rəhbəri Gündüz Abbaszadəni gözdən salmaq niyyəti dayanır.

Bütün bu «oyunlar»ın məramını biz indi dedik.

Abbaszadənin «Qarabağ»da işə başlaması PFL-in bəzi səlahiyyətli şəxslərinin ürəyincə olmayıb və indi hər xırda «çp"dən onun əleyhinə yararlanmaq, gözlən salmaq istəyirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!