“Bizim üçün çox yaxşı mövsüm oldu.
Çempionlar Liqasında fantastik oyunlar keçirdik” –
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Emmanuel Addai deyib.
Qanalı oyunçu Misli Premyer Liqasının son turunda “Sumqayıt”a 4:3 hesabı ilə qalib gəldikləri matçdan sonra bu barədə danışıb:
“Çempionlar Liqasında pley-off oynadıq. Yəni bu da Azərbaycan üçün tarixi hadisə idi, biz də tarix yazdıq.
Ondan sonra liqaya kökləndik və qızıl medallara sahib çıxmaq istədik. Amma bu baş vermədi. İstənilən halda bizim üçün əla mövsüm idi”.

