"Qarabağ" yeni təyinatı nə vaxt açıqlayacaq?

24 Yanvar 2021 09:40 Qarabağ 1 170
"Qarabağ" yeni təyinatı nə vaxt açıqlayacaq?

«Qarabağ»ın mətbuat xidmətinin yeni rəhbərinin adı bugünlərdə rəsmən açıqlanacaq.

Bəlkə də bu gün. Bəlkə də sabah. Bəlkə də bir neçə gün sonra.

Məsələ çox uzanmayacaq, vakant postun sahibi bilinəcək.

UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılan Nurlan İbrahimovun geri qayıtmaq ehtimalı azdır. Düzdür, keçmiş press-ateşenin vəkilinin İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməsi gözlənilir, sadəcə, proses bir xeyli vaxt alacaq.

Böyük ehtimalla, CAS müraciətə 5-6 ay ərzində baxacaq və hələ o da dəqiq deyil ki, nə qərar veriləcək.

Sosial şəbəkədə ermənilərlə bağlı yazdığı statusa görə Avropa futbol qurumu tərəfindən çox ağır və ədalətsiz şəkildə cəzalandırılan N.İbrahimov indi özü də başa düşür ki, 15 illik iş yerinə dönüş şansı yox kimidir.

Emin Abbasov ondan sonra mətbuat xidmətinin başına keçməkdən imtina edib. Elman Himayətoğlunun da «Zirə»dən ayrılmağa hazırlaşmadığı bəllidir.

5 il «Neftçi»nin media ilə əlaqələrinə cavabdehlik daşımış, sonradan «Xəzər»də menecer olaraq fəaliyyət göstərmiş, indi də «CBC Sport»da çalışan Gündüz Abbaszadə gələn təklifi geri çevirməsə, «Qarabağ» başqa bir namizədin üzərində dayanmayacaq.

O, əməkdaşımızın bu barədə sualına «mən heç nə danışmaq istəmirəm» cavabı verməklə kifayətlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu